Vergi qanunvericiliyinə əsasən, hər bir vergi ödəyicisi öz gəlir və xərclərini dəqiq və vaxtında uçota almağa borcludur. Bu uçot yalnız rəsmi sənədlərə əsaslanmalıdır. Məqsəd vergi tutulan mənfəətin düzgün hesablanmasını təmin etməkdir. Vergi Məcəlləsinin tələblərinə görə, gəlir və xərclər onların əldə edildiyi və ya çəkildiyi dövr üzrə düzgün şəkildə göstərilməlidir.
Qanuna əsasən, malların alışı və satışı zamanı müvafiq sənədlərin olması mütləqdir. Əgər mallar fiziki şəxsdən alınırsa, bu zaman elektron alış aktı tərtib olunmalıdır. Hüquqi şəxslərdən alınan mallar üçün isə elektron qaimə-faktura tələb edilir. Bundan əlavə, bəzi hallarda malların təhvil-təslim aktı, qaytarılma aktı və ya idxal zamanı gömrük bəyannaməsi də əsas sənəd hesab olunur.
Vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisinin balansında olan malların alışını təsdiqləyən sənədlər təqdim olunmazsa, bu, qanun pozuntusu kimi qiymətləndirilir və maliyyə sanksiyasına səbəb olur. Bu sanksiyalar Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tətbiq edilir.
Belə hallarda cərimənin məbləği pozuntunun təkrar olunma sayından asılıdır: